• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Seçkidə ilk qan töküldü

Seçkidə ilk qan töküldü

Publika.Az-ın məlumatına görə, seçki məntəqəsində namizədlərin tərəfdarları arasında baş verən insident zamanı güllələnib.

Daha bir nəfər isə ayağından yaralanıb.

Münaqişə Qahirə yaxınlığındakı Rod əl-Fərəq qəsəbəsindəki seçki məntəqəsində baş verib.

Hadisənin başvermə səbəbləri, kimlər tərəfindən törədildiyi ilə bağlı məlumat verilməyib.

Ölkədə prezident seçkiləri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb. 13 mindən çox seçki məntəqələrinin qorunması üçün polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, Misirdə prezident seçkiləri iki gün – mayın 23-ü və 24-ü keçiriləcək.

13 namizədin iştirak etdiyi seçkinin yekun nəticələri mayın 27-da açıqlanacaq.

Anar Əhmədov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR