Azərbaycan naziri 11 Nobel mükafatçısının olduğu tədbirə qatılıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan naziri 11 Nobel mükafatçısının olduğu tədbirə qatılıb

Mayın 21-də Qazaxıstandakı “Alimlərin Avrasiya İqtisadi Klubu”nun təşkilatçılığı ilə beşinci Astana İqtisadi Forumu (AİF) işə başlayıb. Forum çərçivəsində keçiriləcək tədbirlərdə dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, iş adamları, iqtisadçı alimlər iştirak edir.

Publika.Az-ın məlumatına görə, tədbirlərə Nobel mükafatının 11 laureatı, o cümlədən Robert Mandell, Robert Aumann, Kristifet Pissarides, İtaliyanın, Böyük Britaniyanın, Niderlandın sabiq baş nazirləri Romano Prodi və Toni Bleyer və Uim Kok, digər tanınmış şəxslər, ümumilikdə dünyanın 90 ölkəsindən 8 mindən artıq nümayəndə qatılıb.

Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Mərasimdə maliyyə kapitalı və dünya iqtisadiyyatı, sənaye-innovasiya və davamlı inkişaf, həmçinin qlobal sosial vəziyyət istiqamətlərində müzakirələr aparılır.

Forumun rəsmi açılış mərasimində Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.

Tədbir 3 gün davam edəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm