“Bakı Kristal Zalı“ bu gün ilk dəfə Avropaya canlı olaraq yayımlanır
Bizi izləyin

Qırmızı.az

“Bakı Kristal Zalı“ bu gün ilk dəfə Avropaya canlı olaraq yayımlanır

“Eurovision” Mahnı Müsabiqəsi 2012-nin birinci yarımfinalında Avropa izləyicisi ilk əvvəl Bakı gecələrinin görüntüsünü görəcək. Publika.Az xəbər verir ki, müsabiqənin mayın 22-də keçiriləcək birinci yarımfinalının başlanğıcında Bakı gecələrinin, o cümlədən "Bakı Kristal Zalı"nın görüntüsü təqdim olunur. Bu günkü yarımfinalda aparıcılar Leyla, Nərgiz Eldar Avropanı Azərbaycan, ingilis və fransız dillərində salamlacaqlar.

Daha sonra birinci yarımfinalda iştirak edən 18 ölkə çıxış ardıcıllığına uyğun olaraq səhnəyə çıxacaqlar.

Monteneqro təmsilçisi Rambo Amadeus “Euro Neuro” mahnısıyla “Bakı Kristal Zalı”nda öz perfomansını nümayiş etdirəcək. Mahnısının mövzusuna uyğun hazırlanan şouda Rambo maraqlı perfomans göstərəcək.

İslandiyanı təmsil edən Gréta Salóme & Jónsi dueti “Mundu Eftir Mér” mahnısını təqdim edəcək. Təmsilçilərin hər ikisinin səhnə geyimində qara rəngə üstünlük verilib. Greta şou zamanı skripka ifası ilə diqqət cəlb etmək fikrindədir.

Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou “Aphrodisiac” mahnısını beş rəqqasın müşaiyəti ilə ifa edəcək. Ritmik mahnısına uyğun gözəl rəqs nümayiş etdirən ölkə təmsilçisi parlaq səhnə geyimi, eləcə də maraqlı ifası ilə yadda qalmaq niyyətindədir. Latviya təmsilçisi Anmari “Beautiful Song” mahnısı zamanı mavi rəngli geyimdə səhnəyə çıxacaq. Onu dörd bek-vokal müşayiət edəcək.

Albaniya təmsilçisi Rona Nişliu lirik və dramatik “Suus” mahnısını özünəməxsus şəkildə təqdim etmək üçün ciddi-cəhdlə hazırlaşıb. Çox maraqlı səhnə geyimi və saç düzümü ilə seçiləcək sənətçi səhnədə işıqlar altında performansı zamanı tək olmağa üstünlük hesab edir.

Rumıniyanın “Mandinga” qrupu “Zaleilah” mahnısı ilə zalda olan izləyiciləri coşdurub səs qazanmaq niyyətindədir.

İsveçrənin “Sinplus” qrupunun üzvləri Qabrielİvan “Unbreakable” mahnısının ritminə uyğun bir geyimdə səhnəyə çıxcaqlar.

Builki yarışmanın ən gənc ifaçılarından olan Belçika təmsilçisi İris, “Would You?” mahnısının ifası zamanı ag rəngli geyimdə maraqlı görünücəyinə və həzin ifası ilə seçiləcəyinə əmindir.

Finlandiyanı Bakıdakı şouda təmsil edən Pernilla Karlsson anasına həsr etdiyi və qardaşı ilə birgə hazırladığı “När Jag Blundar” mahnısını ifa edərkən onu səhnədə bir müsiqiçi müşaiyət edəcək.

İsrailin “İzabo” qrupu “Time” mahnısı zamanı “Bakı Kristal Zalı”nda qurulmuş LED ekranlarda mahnıya uyğun olaraq saatlar nümayiş etdirəcək. Beş nəfərdən ibarət qrup saatların dövrəsində çıxış edib. Qrup fikirləşir ki, şounun sonunda qrupun iki üzvünün səhnədəcə öpüşməsi maraqla qarşılanan məqamlardan biri olacaq.

San Marino təmsilçisi Valentina Monettanın “The Social Network Song (Oh Oh - Uh - Oh Oh)” mahnısı üçün hazırlanan şousunda səhnəyə üzəri qaşlarla bəzədilmiş və ölkəsinin bayrağı əks olunmuş noutbuk qoyulacaq. Ölkə təmsilçisinin ifası zamanı onu polis və həkim geyimlərində rəqqaslar müşaiyət edəcəklər.

Kipr təmsilçisi İvi Adamou "La La Love” mahnısının ifası zamanı səhnə plastikası ilə seçilir. Dörd rəqqasla müşaiyət olunan İvi maraqlı şou nümayiş etdirməyi qarşısına məqsəd qoyub.

Danimarka təmsilçisi Soluna Samay “Should`ve Known Better” mahnısını gitaranın müşaiyəti ilə ifa edəcək.

Rusiyanı təmsil edən “Buranovskiye babuşki”nin “Party for everybody” mahnısının ifası isə hər zamankı kimi yenə də maraqla qarşılanacağı ümidi var. Nənələr “Bakı Kristal Zalı”nın səhnəsində sobada kökələr də bişirəcəklər. Nənələr səhnəyə milli geyimlərlə çıxacaqlar.

Macarıstanın “Compact Disco” qrupu “Sound Of Our Hearts” mahnısını maraqlı tərzdə təqdim etməyə hazırlaşıblar.

Avstriya təmsilçisi “Trackshittaz” qrupu “Woki Mit Deim Popo” mahnısının şousu üç rəqqas qızın ifasında tamaşaçıların diqqətini cəlb edəcəyinə əmindir. Qrupun hər iki üzvü səhnədə maraqlı rəqslərlə marağa səbəb ola biləcəklərinə inanırlar.

Moldova təmsilçisi Pasha Parfeny “Lăutar” mahnısını ifa edərkən ifaçını maraqlı geyimlərdə beş rəqqasə müşaiyət edəcək.

Bu müddət ərzində ən maraqlı anlarla yaddaşlara həkk olunan “Jedward” qrupu “Waterline” mahnısının şousu zamanı “Bakı Kristal Zalı”nda suyun altında çıxış edəcəklər. Bakı səhnəsində fantan yaradan əkiz qardaşlar, həm səhnə geyimləri, həm də rəqsləri ilə marağa səbəb ola biləcəklərmi?!

Xatırladaq ki, “Eurovision”nun bu gün baş tutacaq birinci yarımfinalı Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq və İctimai Televiziya və Radiosunun efirində birbaşa yayımlanacaq.

Familoğlu
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm