• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Deputat: “Türkiyə və Azərbaycan İranla bağlı vahid mövqedə olmalıdır”

Deputat: “Türkiyə və Azərbaycan İranla bağlı vahid mövqedə olmalıdır”

Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan-İran münasibətlərinin bugünkü durumu və baş verənlərin fonunda Türkiyənin mövqeyi ilə bağlı məsələyə münasibət bildirib.

DİP sədri hesab edir ki, İran özünü gözləyən təhlükələrdən sığortalanmaq üçün qonşu dövlətlərə təzyiq siyasətini işə salıb: “İran təkcə Azərbaycana yox, Türkiyəyə qarşı da təzyiqlərini davam etdirir. Bu mənada Azərbaycanla Türkiyənin İrana qarşı münasibətdə vahid cəbhədən çıxış etməsi olduqca vacib bir addımdır.

Regionda baş verən olaylar, ərəb ölkələrində diktator rejimlərin çökməsi, Qərbin regionda artan nüfuzu İranı təşvişə salıb. Digər tərəfdən, İran nüvə istehsalı ilə bağlı aparıcı dünya dövlətlərinin tələblərini qulaqardına vurur.

Dünyanın aparıcı ölkələri, o cümlədən ABŞ və İsrail İrana qarşı hərbi hücumların mümkünlüyünü dəfələrlə bəyan ediblər. Belə olduğu şəraitdə İranda mövcud olan rejim hər vəchlə öz mövqelərini qorumağa, regionun digər dövlətlərinə qarşı təzyiqlərə gedərək, əsas diqqəti özündən yayındırmağa çalışır.

Bu təzyiqlər təkcə Azərbaycana qarşı yönəlməyib. Bu həm də Türkiyəni təsir dairəsində saxlamağa hesablanıb”.

Azər Niftiyev

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR