Ombudsman Gəncədə qadın məhbuslarla görüşdü
Bizi izləyin

Qırmızı.az

Ombudsman Gəncədə qadın məhbuslarla görüşdü

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkmiş, buradakı saxlanılma şəraiti ilə tanış olub.


Publika.Az bildirir ki, müvəkkil başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında saxlanılan şəxslə, saxlanılan doqquz qadınla, eləcə də təcridxanada saxlanılan yetkinlik yaşına çatmayan beş şəxslə görüşüb, onların saxlanılma şəraiti, qidalanması, tibbi xidmətin səviyyəsi, müəssisə əməkdaşlarının həmin şəxslərlə rəftarı ilə maraqlanıb.

Saxlanılan şəxslər təcridxanadakı şəraitdən narazı olmadıqlarını söyləmiş, onlara baş çəkdiyi üçün Ombudsmana minnətdarlıqlarını bildiriblər.

Gülnar
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm