Qubada çeçenlər qəzaya düşdü: 2 ölü, 6 yaralı
Bizi izləyin

Qırmızı.az

Qubada çeçenlər qəzaya düşdü: 2 ölü, 6 yaralı

Ötən gün axşam saatlarında Quba rayonunda dəhşətli qəza hadisəsi baş verib.

Hadisə Bakı-Quba-Rusiya dövlət sərhəddi yolunun Quba rayonu, Paşaoba kəndi ərazisində qeydə alınıb. 99 BA 788 dövlət nömrə qeydiyyatlı “Mersedes Vita” markalı avtomaşınla 10 DE 509 dövlət nömrə nişanlı VAZ 2107 markalı nəqliyyat vasitəsi toqquşub.

Quba Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, qəzaya düşənlərin 6-sı Rusiya Federasiyası, Çeçenistan Respublikasının sakinləridir. 1978-ci il təvəllüdlü İsayeva Zaida Sedreddinoviç hadisə zamanı dünyasını dəyişib. Rusiya vətəndaşı olan digər 5 nəfər – 23 yaşlı İsakova Larisa Aleksandrovna, 26 yaşlı Luisa Biddilova, 1972-ci il təvəllüdlü Manatarova Larisa Baxayevna, 1967-ci il təvəllüdlü Bustayeva Luiza Şaxayevna, həmçinin VAZ 2107-nin sərnişini, 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Süleymanov Kamil Gülrza oğlu Quba MRX-na yerləşdirilib.

VAZ 2107-nin sürücüsü Cəfərov Zümrəddin Minacəddin oğlu da hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

- See more at: http://axar.az/news/37590#sthash.khrlaKNB.dpuf
Oxumağa davam et
Reklam
Reklam

Gündəm