• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Nazirlik 1019 nəfəri işlə təmin etdi

Nazirlik 1019 nəfəri işlə təmin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 1 019 nəfər sosial müdafiəyə xüsusi ehtiyac duyan vətəndaş kvota üzrə iş yerləri ilə təmin edilib.

Bu barədə Publika.Az-a ƏƏSMN-nin mətbuat xidmətindən məlumat verilib.

Onlardan 207 nəfərini əlillər, 228 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 216 nəfərini 20 yaşadək gənclər, 215 nəfərini qaçqın və məcburi köçkünlər, 38 nəfərini müharibə veteranları, 32 nəfərini şəhid ailələri, 21 nəfərini penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar və digərləri təşkil edib.

Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş «Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası»na əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri müəyyən edilir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR