Bakı sakini 30 metr dərinliyində quyuya düşdü
Bizi izləyin

Qırmızı.az

Bakı sakini 30 metr dərinliyində quyuya düşdü

Ötən gün axşam saatlarında Bakı sakini 30 metr dərinliyində quyuya yıxılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, paytaxtın Sabunçu rayonunda 1 nəfərin quyuya düşməsi barədə FHN-ə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dərinliyi 30 metr olan quyuya düşüb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və alpinist avadanlıqları vasitəsilə həmin şəxsi quyudan çıxarıblar.

Əməliyyat saat 19:43-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm