Qırmızı.az
Rəsmilər QİÇS-li qızla bağlı olaya münasibət bildirdilər
Bakıda QİÇS xəstəsi olan yaraşıqlı bir xanımın sərbəst gəzib dolaşdığı, onunla münasibətdə olan kişilərin isə bu barədə yalnız iş-işdən keçdikdən sonra xəbər tutduqları haqda Publika.Az saytı məlumat yaymışdı. Olduqca ciddi önəm daşıyan bu xəbərə aidiyyəti qurumların münasibətini öyrəndik.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bu barədə nazirlikdə hər hansı məlumat olmadığını bildirdi. Bununla belə xidmət rəhbəri Bakıda, eləcə də ölkənin digər yerlərində bu cür xəstələrin mövcudluğunu inkar etmədi. Anar Qədirlinin sözlərinə görə, nazirlik onların aşkarlanmasında, qeydiyyata alınmasında və müalicəsində maraqlıdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki,
yalnız konkret faktlara və baş vermiş hadisələrə münasibət
açıqlayırlar. Bununla belə, nazirlikdən dedilər ki, sözügedən
faktla bağlı “Gündəlik Teleqraf” qəzeti vasitəsilə
məlumatlıdırlar:
“Belə hadisə ilə üzləşmiş şəxs adını anonim saxlamaqla mətbuata
xəbər verməkdənsə, digər insanların da başına bu cür hadisələrin
gəlməməsi üçün aidiyyəti üzrə polis bölməsinə və ya Daxili İşlər
Nazirliyinin “102” xidmətinə müraciət etsə daha yaxşı olar. Həmin
şəxs ən azı ona görə polisə müraciət etməlidir ki, onun soydaşları
da belə bir hadisə ilə qarşılaşmasınlar”.
Bəs QİÇS-ə düçar olmuş şəxs cəmiyyətdən təcrid edilməlidirmi?
Bununla bağlı qanunvericilik nədən ibarətdir?
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini,
ixtisasca həkim olan Musa Quliyev bildirdi ki, qanunvericilikdə bu
cür xəstələrin təcrid olunması nəzərdə tutulmayıb:
“Qrip xəstəliyinini yoluxma ehtimalı QİÇS-in yoluxma ehtimalından
daha çoxdur. Hər ikisi infeksion xəstəlikdir. Sadəcə, biri
hava-damcı yolu ilə, digəri cinsi yolla yoluxur. Amma biz qripli
xəstələri cəmiyyətdən təcrid edirikmi?”
Millət vəkilinin sözlərinə görə, bu insanların cəmiyyətdən
təcrid olunmasından söhbət gedə bilməz:
“Əgər virus daşıyıcısı olan şəxs bilərəkdən başqasını yoluxdurursa,
o, qanunvericiliyə uyğun cinayət məsuliyyəti daşıyır”.
Hüquqşünas Mehman Muradlı dedi ki, cinsindən asılı olmayaraq hər
hansı şəxs QİÇS xəstəliyini bilərəkdən yoluxdurursa, Cinayət
Məcəlləsinin 140-cı maddəsi ilə məsuliyyət daşıyır:
“İmmunçatışmazlığı virusu daşıyıcısı olan şəxs bu xəstəliyi
başqasına bilərəkdən yoluxdurursa onu 2 ildən 5 ilədək azadlıqdan
məhrumetmə cəzası gözləyir. Əgər 2 və ya daha çox şəxs və ya
yetkinlik yaşına çatmayan insanı yoluxdursa, 5 ildən 8 ilədək
azadlıqdan məhrum edilir”.
Səxavət
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi