Milli Fikir Mərkəzi təsis olunub
Bizi izləyin

Qırmızı.az

Milli Fikir Mərkəzi təsis olunub

Publika.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzin təsis komisiyasının sədri Əşrəf Elatlı bildirib ki, gənclərin sosial-ictimai həyata inteqrasiyası, milli ideya baxımından bilincləndirilməsi, problemlərini gündəmə gətirərkən, onun həlli yollarına hamılıqla dəstək verilməlidir.

Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitunun məzunu, ehtiyatda olan zabit Şəhriyar Məcidzadəyə "Nəsillər arası savaş- hədəf milli gənclik" mövzusunda məruzə ilə çıxış edib.

O qeyd edib ki, Azərbaycan tarixində nəsillər arası savaşın tarixi 1813 və 1828-ci ildə imzalanan Gülüstan,Türkmənçay müqavilələrindən başlayır. Belə ki, həmin tarixdə Azərbaycanın həminki nəslinin adına yazılan məğlubiyyətlə, hər nəsil digərinə daha çox itirilən torpaq ənənəsi buraxıb:

"İndi rəsmi statiska göstərir ki, 17 min nigahdan kənar uşaq doğulub. 10 il sonra bunun sayı 170 minə çatsa, həmin insanların talehləri kimliyi müəyyən olunmamış adamların taleyi olacaq. Bu gün xüsusi amansızlıqla törədilən cinayət hadisələrinin sayı 18 min civarındadır. Bu o deməkdir ki, insanımız üçün təhlükə var. "Sənlə heç nə olası deyil" fikri bu ölkənin gələcəyinə düşmənçilikdir. Bizdən öncəki nəsil bizə nə deyirsə desin, hansı basqını uyğulayırsa uyğulasın, biz millətimizin və dövlətimizin taleyinə biganə qalmamalıyıq. Gənclik, bu ölkənin problemlərinin tək həllidir".

Mövzu ətrafında gənclər tərəfindən suallar səsləndirilib. Tədbir maraqlı diskusiya şəraitində davam edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm