Qırmızı.az
Facebook-da söyüş söysən…
Bu dəfə "Hüquqşünas məsləhəti" rubrikası oxucularımızın xahişi ilə Facebookda şəxsiyyəti alçaldan söyüş və təhqirlərə görə qanunvericilikdə nəzərdə tutulan müddəalar barədə olacaq.
Suallarımızı hüquqşünas Elçin Namazov cavablandırır.
- Facebook-da şəxsiyyəti təhqir edən faktlar məhkəmədə istifadə edilə bilərmi?
- Bu məsələ indiyədək mübahisəlidir. Söhbət bloggerliyin qanuni tənzimlənməsindən gedir. Bu məsələ bir çox Avropa ölkələrində vətəndaş jurnalistikası kimi qəbul olunur. Təəssüf ki, Azərbaycan qanunvericiliyində bununla bağlı boşluq var. Çünki bizdə vətəndaş jurnalistikası haqqında qanun, eləcə də sözügedən məsələ ilə bağlı qanunvericilik yoxdur.
-Ümumiyyətlə, təhqir və böhtan virtual olarsa qanunvericilikdə bunu necə ifadə etmək olar?
-Cinayət qanunvericiliyində təhqir və böhtan barədə ayrıca maddələr nəzərdə tutulub. Təhqir dedikdə şəxsin barəsində rüsvayedici yalan məlumatların yazılması da nəzərdə tutulur. Təhqir qəsdən alçaltmanı nəzərdə tutur.
Belə rüsvayedici məlumatlar kütləvi çıxışda, KİV-də və kütləvi nümayiş etdirilən əsərdə ola bilər. Böhtan dedikdə isə şəxsin barəsində həqiqətə uyğun olmayan hər hansı məlumatların yayılması nəzərdə tutulur. Əgər söhbət böhtandan gedirsə bu, Cinayət Məcəlləsinin 147, 148-ci (böhtan atma, şərəf və ləyaqətin təhqiri) maddələri ilə məsuliyyət daşımaq deməkdir.
- "Saxta profil" adı ilə məsuliyyətdən yaxa qurtamaq mümkündürmü?
- Hər hansı sosial şəbəkədə, eləcə də Facebookda şəxsiyyəti təhqir edən məlumatlar məhkəmədə istifadə oluna bilər, bu, mülki məsuliyyətə səbəb olur. Cinayət qaydasına gəlincə deyim ki, bu da mümkündü, ancaq bir qədər mübahisəli məsələdi. Çünki bizdə bloggerliyi tənzimləyən qanunvericilik aktları yoxdu. O ki qaldı saxta ada, onu da aşkar etmək mümkündür. Şəbəkəni idarə edən adminlərdən, şəbəkə liderindən, mənbədən profiling həqiqi sahibi barədə məlumat almaq olar.
PS: Sizi narahat edən hüquqi məsələrə görə suallarınızı aşağıdakı ünvana göndrə bilərsiniz.
Layihənin rəhbəri: Lalə Mehralı
Publika. Az
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI