Sabahın Havası: Yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabahın Havası: Yağış yağacaq

Həftənin ilk iş günü Azərbaycanda buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında dekabrın 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Temperaturun gecə 3-5 dərəcə isti, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu təşkil edəcək.

Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s güclənəcək.

Havanın temperaturu gecə 1dərəcə şaxtadan 4dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında dekabrın 15-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Saniyədə 5-10 m/s şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm