Qırmızı.az
Ağstafada yol polisinə hücum olunub
Ağstafa rayonunda yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və sürücülər tərəfindən yol verilən qayda pozuntularını aşkar etmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları növbəti reydini keçirib.
Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, polisin Bakı-Qazax avtomagistralının Ağstafa rayonu ərazisindən keçən hissəsində keçirdiyi reyd zamanı xeyli sayda qayda pozan sürücülərə rast gəlinib. Bəzi sürücülər polisin saxla əmrinə tabe olmayıblar. Avtomobilin qeydiyyat nişanı görünməz olduğu üçün cərimə olacağını eşidən bir sürücü və onun dostları isə polisə hücum etməkdən belə çəkinməyiblər.
Reyd zamanı sürücülük hüququ olmadan, təhlükəsizlik kəmərlərindən istifadə etmədən avtomobil idarə edən sürücülər müəyyənləşdirilərək barələrində müvafiq tədbirlər görülüb. Daha çox avtoqəzalara səbəb olan nəqliyyat vasitələrinin sərxoş halda idarə edilməsi, sürət həddini aşma, ötmə qaydalarının pozulması və digər qayda pozuntularının aşkar olunduğu reyddə 30-dan çox sürücü haqqında inzibati tədbir görülüb.
Yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının yüksək olduğu yerlərdə bu cür reydlərin ilin sonunadək, həmçinin bayram günlərində davam etdirilməsi planlaşdırılır.
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi