Cavanşir Axundov: “İran və Azərbaycan əlaqələri çox özəldir“
Bizi izləyin

Qırmızı.az

Cavanşir Axundov: “İran və Azərbaycan əlaqələri çox özəldir“

İRNA agentliyinin verdiyi məlumata görə, bunu Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov bildirib.

O, Azərbaycanın İrandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı təşkil edilmiş mərasimdə çıxışı zamanı deyib ki, iki ölkə ortaq din, mədəniyyət və tarixə malikdir: "Bu baxımdan İran və Azərbaycan əlaqələri çox özəldir".

C. Axundov həmçinin Azərbaycanın müstəqilliyini qazandıqdan sonra siyasi və iqtisadi cəhətdən böyük nailiyyətlər əldə etdiyini də vurğulayıb: "Müstəqillik dövründə ölkə büdcəsində bir dollar belə yox idi. Ancaq həyata keçirilmiş uğurlu iqtisadi siyasət sayəsində indi 43 milyard dollar valyuta ehtiyatına malikik".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm