Qırmızı.az
Azərbaycan deputatları Kəbəni ziyarət ediblər
Bu yaxınlarda Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti Məkkədə müqəddəs məkanları, o cümlədən Kəbə evini ziyarət edib ayinləri yerinə yetiriblər. Bu barədə Publika.Az-a Azərbaycan nümayəndə heyətinin tərkibində olmuş millət vəkili Aydın Mirzəzadə məlumat verib.
Aydın Mirzəzadənin sözlərinə görə, rəsmi görüşlərdən sonra deputatların müqəddəs məkanlara da üz tutmaq imkanı olub:
" Rəsmi görüşlərdən sonra Məkkədə Kəbə daşını ziyarət etdik, tələb olunan ayınləri yerinə yetirdik. Daha sonra Ciddədə və Mədinədə olduq. Mədinədə Peyğəmbər məscidinə baş çəkdik və peyğəmbərin qəbrinin qarşısında ayinlər həyata keçirdik".
Mayın 4-dən 8-nə qədər Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan nümayəndə heyətinin tərkibində parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, deputatlardan Fəttah Heydərov, Sahibə Qafarova, İmamverdi İsmayılov, Çingiz Əsədullayev, Aydın Mirzəzadə, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər olub.
Publika.Az
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI