KXCP-dəki vəziyyətlə bağlı şok açıqlama - Özəl
Bizi izləyin

Qırmızı.az

KXCP-dəki vəziyyətlə bağlı şok açıqlama - Özəl

Siyasi fəal Aydın Şükürov Klassik Xalq Cəbhəsi Partiyasından istefası ilə bağlı partiya sədri Mirmahmud Mirəlioğlunun Publika.Az-a açıqlamasına cavab verib.

Yazılı cavabı bəzi ifadələri ixtisar edərək diqqətinizə çatdırırq:

"Mirmahmud Fəttayevin mənim partiyadan istefam barədə verdiyi bu gizlinləməsi (açıqlaması olmalıydı), dərənin xəlvətliyinə düşüb.

Qərara almışdım ki, bu barədə açıqlama verməyim. Hətta Mirmahmud nigaran qalmasın deyə, İdarə Heyətində rəhmətlik Elçi Bəyin bir sözünü xatırladıb onu arxayın etmişdim. Bəy, AXCP-dən gedənlərin haqqında deyirdi : "Gedirsən get. Daha niyə zurna çalırsan?"

Mən zurnaçı olmamışam və olmaram deyə bu günə kimi susdum və heç bir açıqlama vermədim. İdarə Heyətində də söz verildi ki, bu məsələ barədə açıqlama verilməsin. Amma Mirmahmud...

Yenə də hələlik heç bir açıqlama vermək fikrim yoxdu, sadəcə Mirmahmud bəyin Publika.Az saytınadakı özündən bixəbər, titrək səslə söylədiklərinə cavab vermək istədim.

O, deyir: "Partiyaya biri gələr, biri gedər. Burada şişirtməli heç nə yoxdur".

Biz partiyada "biri" olmamışıq. Biz, səndən fərqli olaraq, bu təşkilatın yaranması uğrunda həyatımızı təhlükələrə atmışıq. O "biri" həmişə sən olmusan. Sənin kimi biri bu təşkilatı darmadağın edib.Yüzlərlə dəyərli insanımızı, ziyalımızı naqis əməllərinlə çirkindirib partiyadan uzaqlaşdırmağa nail olmusan. O insanlar sənin səviyyənə enmək istəməyib susaraq gediblər. Mən də susmuşdum.

Bizlərin dəyərini sən bilə bilməzsən. Amma Millətimizin və Dövlətimizin düşmənləri yaxşı bilir. Mirmahmud bəy də öz siyasi əməlləriylə həmişə onların dəyirmanına su tökməklə məşğul olub deyə, azman bir təşkilatı öz ölçüsünə və səviyyəsinə qədər balacalaşdırıb.

Mirmahmud deyir: "Həmin adam 3 ay əvvəl gedib bizim partiyadan".

Bəli, o sizin partiyadır. Elçi Bəyin qoyduğu təşkilat deyil və Elçi Bəydən orda əsər-əlamət də yoxdur. Getməyimin məhz başlıca səbəbi də budur. Orda olan bir sıra dəyərli insanlarımız var. Yəqin ki, bir müddət sonra onlar da Mirmahmudun siyasi və ideoloji yolsuzluğundan bezib oranı tərk edəcəklər.

Mirmahmud gizlinləməsində (açıqlamasında) deyir:

"Biz daha böyük işlərlə - Azərbaycanın taleyi ilə məşğuluq. Partiya da yerindədir, rəhbərliyi də fəaliyyət göstərir, tək-tük sayda kim partiyadan gedirsə, bu sensasiya kimi dəyərləndirilməməlidir. İkinci ayda partiyadan getmiş adamın istefa səbəbini beşinci ayda soruşursunuz. Kim gedib, özü bilər".

Mirmahmud, hansı böyük işlərdir sənin gördüyün işlər? Qız evində toy imiş, oğlan evinin xəbəri yox. Sənin yalanlarından bezmiş insanlar buna inanmaz! Özünü aldatma.

Digər tərəfdən tək-tük adam sənin özünsən. Sənin kimi tək-tük adam var ki, öz yalanları ilə özünü də aldadır partiyadaşlarını da.Tək-tük adam var ki, dediyi yalanlara özü də inanır. Mən partiyadan bütövlükdə dayaq dəstəsi ilə getmişəm. Mənim dayaq dəstəmin Azərbaycanın müstəqilliyi, ərazi bütölüyü üçün yaşadığı ən qısa bir anı, sən ömrün boyu yaşamamısan və yaşaya bilməzsən, Mirmahmud bəy!

Gizlənləməndə (açıqlamanda) çalışmısan mənim istefamı dəyərdən salasan. Əvvəl insan özünü dəyərləndirməyi bacarmalıdı, sonra kiməsə dəyər verməyə cəhd etməlidir.

Partiyadan getməyimlə bağlı isə ehtiyac olsa, açıqlama verəcəm. Həm də sənədlərlə.

Sonda bir inancımı da qeyd edim.

Mən inanıram ki, oradakı dəyərli insanlarımız bu qurumun tamamilə dağıdılmasına imkan verməyəcək və Mirmahmud Fəttayevi oradan uzaqlaşdıracaqlar".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm