Vəfa Quluzadə: “Saakaşvili diplomatik gediş etdi”
Bizi izləyin

Qırmızı.az

Vəfa Quluzadə: “Saakaşvili diplomatik gediş etdi”

Politoloq Vəfa Quluzadə Gürcüstan prezidenti Mixail Saakaşvilinin diplomatik gedişlə Rusiyanı ifşa etdiyini düşünür.

Mixail Saakaşvili Rusiyanın dövlət başçısı Dmitri Medvedevə müraciət edərək, Osetiya və Abxaziyanın işğaldan azad olunmasını tələb edib. Gürcüstan prezidenti torpaqların azad olunması müqabilində istefa verərək hakimiyyətdən gedəcəyini açıqlayıb.

Politoloq Vəfa Quluzadə Publika.Az-a deyib ki, Rusiya heç bir halda işğalçılıq siyasətindən imtina etməyəcək: “Osetiya və Abxaziyanın işğalı Mixail Saakaşviliyə görə baş verməyib. Rusiya post-sovet məkanında imperiya maraqlarını təmin etmək siyasəti yeridir və Gürcüstana aid torpaqları da işğal altında saxlayır.

Mixail Saakaşvili də çox gözəl və düşünülmüş siyasi gediş edərək, Rusiyanı Osetiya və Abxaziyanı işğaldan azad etməyə çağırıb. Saakaşvili istefaya getsə də, Rusiya Abxaziya və Osetiyanı işğaldan azad etməyəcək”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm