İctimai Palataya yenidən “20-ci sahə“ təklif olundu
Bizi izləyin

Qırmızı.az

İctimai Palataya yenidən “20-ci sahə“ təklif olundu

İctimai Palatanın katibi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlın Publika.Az-a deyib ki, meriya yürüş-mitinqin İctimai Palatanın istədiyi yerlərdə keçirilməsinə icazə verməyib:

"Meriya sadəcə tarixi dəyişərək eyni məzmunda cavab verib. Aksiyanın 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib. Koordinasiya Şurası mayın 4-də toplanaraq son qərarını verəcək. Biz istəmirdik ora getmək, amma hər halda son qərarımız hələ müəyyən olunmayıb".

İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətindən Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən - keçmiş "İnqilab" kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun "Dərnəgül" stansiyasının dəmiryoluna tərəf çıxışınadək, Nizami rayonunun 8-ci kilometr qəsəbəsindən - Azər Manafov küçəsinin əvvəlindən başlayaraq "Təbriz" kinoteatrının qarşısındakı meydanadək, Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə "Nərimanov" parkınadək olan yerləri istəmişdi.

Gülağa Aslanlı qeyd edib ki, Meriya bu məkanlarda nəqliyyatın intensiv hərəkət etdiyini əsas gətirərək onları aksiya üçün uyğun saymayıb.

Müsavat Partiyasının başqan müavini onu da əlavə edib ki, İctimai Palata BŞİH-i məhkəməyə verməyə hazırlaşır və sənədlər toplanılaraq vəkillərə təqdim edilib.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm