“Ən yaxşı çıxış yolu nazirin özünün istefası olar” - Mövqe
Bizi izləyin

Qırmızı.az

“Ən yaxşı çıxış yolu nazirin özünün istefası olar” - Mövqe

“Əgər hər hansı nazir 15 il bir sahəyə rəhbərlik edirsə, onun istefaya getməsi labüddür”. Publika.Az-a danışan Təhsil Nazirliyinin sabiq şöbə müdiri Səftər Nəhmətli Misir Mərdanovun istefaya gedəcəyinə dair yayılan məlumatları şərh edərkən belə deyib.

Son günlər bəzi mətbuat orqanlarında təhsil naziri Misir Mərdanovun istefaya gedəcəyinə dair informasiyalar yayılır. Bu arada Avropa ölkələri təhsil nazirlərinin beynəlxalq toplantısında Azərbaycan tərəfinin nazir yox, nazir müavini səviyyəsində təmsil olunması da diqqətdən yayınmayıb.

Təhsil eksperti Səftər Nəhmətli hesab edir ki, təhsil sahəsində ciddi islahatlar aparılmalıdır: “Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycan təhsil sektorunda ciddi problemlər hökm sürür. İstər orta ümumtəhsil, istərsə də ali məktəblərdə təhsilin keyfiyyət göstəriciləri çox aşağıdır.

Əyalət rayonlarında təhsilin keyfiyyəti haqqında isə danışmağa dəyməz. Bütün bunların fonunda Təhsil Nazirliyinin fəaliyyətsizliyi tam çılpaqlığı ilə ortadadır. Bu mənada İlham Əliyevin uşaq bağçalarının müvafiq icra qurumlarına, attestat imtahanlarının isə TQDK-ya həvalə edilməsi haqqında sərəncamı təqdir olunmalıdır.

Əlbəttə, Misir Mərdanov bütün bu olanlardan sonra beynəlxalq tədbirə qatılmırsa, demək, nəsə bilir. Zənnimcə, ən yaxşı çıxış yolu onun könüllü işdən getməsidir”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm