Təkcə kişiyə baxmayın, qanunlara da baxın…- “Qanun naminə“
Bizi izləyin

Qırmızı.az

Təkcə kişiyə baxmayın, qanunlara da baxın…- “Qanun naminə“

Sayt ziyarətçiləri bölməmizdə hüquqşünasımızın pulsuz məsləhətlərindən yararlana biləcəklər. Sizi maraqlandıran hüquq pozuntuları, aydınlaşdırmaq istədiyiniz məsələlər barədə bizə yaza bilərsiniz.

İlk sayımızın mövzusu xarici vətəndaşla evlənən qadın və qızlarımız barədədir. Ailə qurmaq üçün xaricə gedən, amma qadın alverinin qurbanına çevrilən belə azərbaycanlı qadın və qızlar kifayət qədərdir.

Qadınlar özlərini bu kimi hadisələrdən necə sığortalaya bilər?

“Məsləhət oda”sında hüquqşünas Kamran Məmmədovdur.

- Azərbaycan Respublikasının vətəndaşlarının xarici vətəndaşla nikaha girməsi ölkə qanunvericiliyi ilə necə tənzimlənir?

- Əcnəbi ilə nikaha girmək istəyən Azərbaycan vətəndaşlarına qanun hec bir qadağa qoyulmayıb, müvafiq müddəalar Ailə Məcəlləsində öz əksini tapıb. Məcəllənin 146-cı maddəsində Azərbaycan ərazisində nikahın bağlanması barədə ətraflı məlumat var.

• 146.1. Azərbaycan Respublikasında nikahın bağlanmasının forma və qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

• 146.2. Azərbaycan Respublikasının ərazisində əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri onun ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir.

• 146.3. Nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir.

- Bəs Azərbaycan vətəndaşı xarici ölkədə nikaha girmək istəsə necə?

Bu barədə müddəalar Ailə Məcəlləsinin 147-ci maddəsində əksini tapıb. Həmin maddənin müxtəlif bəndlərində diplomatik nümayəndəliklərdə və konsulluq idarələrində nikah bağlanması barədə qanun və göstərişlər var. Məsələn:

• 147.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində bu Məcəllənin tələblərinə uyğun olaraq bağlanır.

• 147.2. Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir.

• 148.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

• 148.2. Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

-Xarici vətəndaşla nikaha girən qızların mülkiyyət hüququ varmı və bu nikah rəsmiləşdirilməsi nəcə olur?

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 146-ci maddəsinin 2-ci bəndəndə qeyd edildiyi kimi əcnəbi şəxs üçün nikahın bağlanma şərtləri, o cümlədən mülkiyyət məsələləri onun ölkəsinin qanunvericiliyi ilə və bu Məcəllənin 12-ci maddəsindəki tələblərə əməl olunmaqla müəyyən edilir. Xarici vətəndaşın bizim vətəndaşla evlənmək istəyi 146.3.maddənin tələblərinə əsasən həll edilir.

• 146-ci maddəyə görə, nikah bağlayan şəxsin vətəndaşlığı yoxdursa, nikahın bağlanması şərtləri onun daimi yaşadığı ölkənin qanunvericiliyi ilə müəyyən edilir.

-Aliment tələbi hansı ölkənin qanunlarına görə müəyyənləşir?

- Nikah hansı ölkənin qanunvericili ilə rəsmiləşdirilibsə həmin ölkənin qanunlarına uyğun da aliment tələb edilə bilər.

• 151.2. Ər-arvadın ümumi vətəndaşlığı və birgə yaşayış yerləri olmazsa, onların aliment tutulması barədə sazişdəki və ya nikah müqaviləsindəki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi üçün tətbiq olunan qanunvericiliyi özləri seçə bilərlər. Ər-arvad belə razılıq əldə etməyiblərsə, aliment tutulması barədə sazişə və nikah müqaviləsinə bu Məcəllənin 151.1-ci maddəsi tətbiq edilir.

-Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların nikahlarını bizim ölkənin qanunvericiliyi ilə rəsmiləsdirmək istəyi necə olur ?

-Bu məsədə Ailə Məcəlləsinin 147 ci maddələrinin tələblərinə uyğun şəkildə həll olunur.

• 147.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində bu Məcəllənin tələblərinə uyğun olaraq bağlanır.

• 147.2. Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir.

• 148.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

• 148.2. Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

Oxucuların nəzərinə: Suallarınızı göstərilən e-mail ünvanına yaza bilərsiz.

Lalə Mehralı

[email protected]

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm