Qırmızı.az
Başbuğ: “Bu cəsarəti haradan almısınız?“
Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi İlkər Başbuğ məhkəmə zamanı ona ünvanlanan ilk sualın İsraildəki Ağlama Divarında çəkilən foto ilə bağlı olmasına sərt təpki göstərib.
Publika.Az-ın məlumatına görə, bu məsələnin istintaqla hansısa bağlılığının olduğunu anlamadığını deyən İlkər Başbuğ insanların dini inanclarının və etnik mənsubiyyətlərinin başqaları tərəfindən araşdırılmasının cinayət olduğunu söyləyib:
"İslam dinini ən son və ən mükəmməl dinə çevirən səbəblərdən biri dini Allahla qul arasında olan bir məsələ olaraq qəbul etməsidir. Allahla onun qulu arasına girməyə cəsarət edənlər, bu cəsarəti haradan alırlar? Yəhudilik səmavi dinlərdən biridir. Qüdsdəki Ağlama Divarı da müqəddəs bir yerdir. Bu müqəddəs yeri ziyarət edən hər kəsin yəhudi olacağını düşünən cahillər, hər halda İstanbulda Sultan Əhməd Camisini ziyarət edib orada dua edən hər kəsin də müsəlman olduğunumu düşünürlər?"
Başbuğ çıxışı zamanı türk və müsəlman olması ilə fəxr etdiyini deyib: "Mən türk və müsəlman olmağımla da fəxr edirəm. Qüdsə səfərim zamanı dinimizdə xüsusi yeri olan Məscidi-Aksanı da ziyarət etməyimdəm qürur duyuram. Ancaq mənim türklüyüm və müsəlman olmağımla fəxr etməyim, bu ölkənin vətəndaşı olub-olmamasından asılı olmayaraq fərqli dini inanca və etnik mənsubiyyətə sahib olanları kiçiltmək və onların bu vəziyyətlərini araşdırmaq haqqını vermir".
Anar
Publika.Az
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO