“Müsavatda qurultayı ləngidən şəxslər var” - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Müsavatda qurultayı ləngidən şəxslər var” - AÇIQLAMA

Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılı “Yeni Müsavat” qəzetinə müsahibə verib. O, Müsavatda qurultayın ləngidilməsinə çalışan insanların olduğunu deyib.

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Publika.Az-a Arif Hacılı Müsavat Partiyasında belə insanların olduğunu təsdiqləyib. O, həmin müsavatçıların mövqeyini Müsavat başqanı İsa Qəmbərin postundan getməsini istəməmələri ilə əlaqələndirib: “Bir sıra insanlar var ki, başqanın 2013-cü il prezident seçkilərinə qədər postunda qalmasını vacib sayırlar”.

Bununla belə, Gülağa Aslanlı Müsavatın qurultay keçirməkdə israrlı olduğu bildirib: “Hakimiyyət zəhmət çəkib bizi min nəfərlik yerlə təmin etsin, biz də qurultayımızı keçirək. Başqan məsələsi qurultay keçirməyimizə maneə ola bilməz”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm