Əcnəbilərə iş icazəsinin verilməsi ilə bağlı QƏRAR
Bizi izləyin

Qırmızı.az

Əcnəbilərə iş icazəsinin verilməsi ilə bağlı QƏRAR

Azərbaycan hökuməti əcnəbilərin iş icazəsi alması ilə bağlı yeni qərar qəbul edib.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, hökumət “İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı”nın təsdiq edilməsi barədə qərar qəbul edib.

Qəarala aşağıdakı fəaliyyət sahələri üzrə qeyd olunan əcnəbilərə iş icazəsi tələb olunmayacaq.

1. Mədənçıxarma sənayesi

2. Emal sənayesi

3. Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat

4. İnformasiya və rabitə

5. Maliyyə və sığorta

6. Təhsil

7. Nəqliyyat

8. Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm