"20 Yanvar" metrosunun girişi bağlandı? – AÇIQLAMA (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

"20 Yanvar" metrosunun girişi bağlandı? – AÇIQLAMA (YENİLƏNİB)

"20 Yanvar" stansiyasına giriş bağlanmayıb, qapılarda da hər hansı problem yoxdur.

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Publika.az-a bildirib ki, sadəcə sərnişinlərin sıxlığı mövcuddur.

"Bu səbəbdən insanların təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür. Sərnişinlər içəri tədricən buraxılırlar. Sərnişin sıxlığı nəzərə alındı. Stansiyanın içərisində hər hansı hadisənin baş verməməsi üçün təhlükəsizlik tədbirlri ilə əlaqədar nizamlama tədbirləri həyata keçirilir. Bu, metropolitendə normal qəbul olunan tədbirlərdən biridir. Metropolitendə hər hansı texniki nasazlıq mövcud deyil. Kimsə özbaşına belə addım ata bilməz. Bunun üçün qərar olmalıdır. Bu, aşağı səviyyədə həll olunan məsələ deyil. Belə hallar olduqda texniki məsələlər üçün sərnişinlərin hərəkəti nizamlanır”.

Anar

09:46

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının girişindəki qapılarda problem yaranıb.

Bu barədə Axar.az-a hadisə yerində olan müxbirimiz məlumat verib.

Metroya giriş üçün təyin olunan qapıların birindən başqa hamısı qapalı olub. Bunun da nəticəsində metronun giriş hissəsində böyük basabas yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm