Tovuzda ev partladı, 2 nəfər xəsarət aldı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Tovuzda ev partladı, 2 nəfər xəsarət aldı - FOTOLAR

Dünən gecə saatlarında Tovuzun Bozalqanlı kəndində yaşayış evində partlayış olub.

Publika.az xəbər verir ki, kənd sakini Əli Quliyevə məxsus evdə partlayış zamanı ev sahibi, həyat yoldaşı və qızı olub.

Hadisə nəticəsində ana ilə qızı müxtəlif yanıq xəsarətləri alararaq Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Zərərçəkənlərin yaxınlarının bildirdiyinə görə, yaşayış evinə daxil olan Elnarə Quliyeva və anası Xoşqədəm Quliyeva kibriti alışdırmaq istəyərkən güclü partlayış olub. Nəticədə ümumi sahəsi 36 kv.m olan otağın dam örtüyü, tavanı, pəncərəsi tamamilə dağlıb.

Ev sahibi bildirib ki, ev qaz sobası ilə qızdırılmır. Onun sözlərinə görə, hadisəyə küçədən keçən nasaz borulardan sızan qaz səbəb ola bilər.

Partayış baş verən küçədə yaşayan sakinlər isə bildiriblər ki, kanalizasiya xətləri yenilənərkən yerin altında olan qaz boru xətti zədələnib.

Tovuz Qaz İstismar Sahəsindən partlayışın baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacağını dedilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm