Bu yollarda tıxac var - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu yollarda tıxac var - SİYAHI

Bakıda bir sıra yollarda tıxac var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Moskva prospektindən Nəqliyyat Nazirliyi istiqamətində, H. Əliyev prospektindən kənar yolla “Koroğlu” metrosu istiqamətində tıxac var, sürücülərə alternativ olaraq H. Zərdabi küçəsi və Babək prospekti ilə hərəkət etmək tövsiyə olunur.

K. Rəhimov küçəsindən F. Xoyski prospekti istiqamətində, A. Salamzadə küçəsindən Qələbə dairəsi istiqamətində və Binəqədi şosesindən şəhər istiqamətinə avtomobil yollarında sıxlıq müşahidə olunur. Sürücülərə alternativ olaraq Ə. Ağaoğlu və A. Mustafayev küçələri ilə hərəkət etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm