Qırmızı.az
Nazirdən açıqlama: “Əlillərə iş verməyənlərə cərimə tətbiq olunacaq”
Tibbi Ekspert komissiyaları ilə əlillər arasında əlaqə minimuma endirilməlidir. Bu sözləri Əmək və Əhalinin sosisal müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, bu gün dünyada tibbi sosial ekspertlərlə əlillər arasında əlaqə olmadan əlilliyin müəyyən edilmə qaydası yoxdur. Lakin əlaqələrin minimuma endirilməsi mümkündür:
“Əlbəttə, biz belə bir üsulun tətbiq edilməsini istərdik. Lakin hazırkı durumda bu mümkün deyil. Tibbi ekspertlərlə əlillər arsında əlaqənin minimum endirilməsinə çalışırıq. Bunun üçün xəstəliyin elektronlaşmış bazası olmalı, həm də həmin şəxslərin xəsarət, peşə xəstəliyi barədə digər mənbələrdən məlumat əldə etmək imkanı olmalıdır. Bu, əlil insanların Tibbi Ekspert Komissiyalarına gəlməsi problemini aradan qaldıracaq”.
S. Müslümov onu da bildirib ki, bu gün əlilliyin müəyyən edilməsi üsulu adekvat maliyyə imkanlarının yaradılmasına imkan vermir. Əlilliyə görə pensiya alanların əsas hissəsi ikinci qrupa aiddir. Mövcud sistem bu məsələni tənzimləməyə imkan vermir.
“Pensiya itirilmiş əmək qabiliyyətinə uyğun verilməlidir. Qalan əmək qabiliyyətinə uyğun həmin şəxs işləməlidir. Əlilliyi olan şəxslərin işlə təmin edilməsi ilə bağlı dövlət qanunvericiliyində tələblər müəyyən edilib. Lakin hesab edirik ki, gələcəkdə bu sahədə cərimə sistemini sərtləşdirəcəyik. Bununla yanaşı, əlillər üçün ayrıca iş yerlərinin açılması məsələsi də gündəmdədir. Bu məsələdə bir sıra ölkələrin təcrübəsi var. Bunun üzərində işləmək lazımdır".
"Əlilliyin qiymətləndirilməsində yeniliklərin tətbiqinə ehtiyac var. Bu gun əlilliyin qiymətləndirilməsindəki bəzi yalnışlıqlar maliyyə təminatı arasında da uyğunsuzluğa səbəb olur".
Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. Bu gün pensiya alanların 28.2%-i əlillərdir. Lakin əlillərin peşə xəsarəti, yoxsa ümumi xəstəliklər səbəbindən baş verməsi dəqiq müəyyən edilməlidir. Əlilliyin iş və işəgötürən ehtiyatsızlığı səbəbindən baş verməsinin müəyyən edilməsi ödənişin işəgötürən tərəfindən ödənilməsinə səbəb olacaq. Bu gün əlillərin 85.7%-i ikinci, 7.5%-ni isə ücüncü qrup təşkil edir. Bu rəqəm bizi narahat edir. Bu fərq maliyyə təminatına yeni yanaşma olmasını aktuallaşdırır.
Gülxar
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17 Aprel 17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər