Neft Daşlarının montyoru öldü
Bizi izləyin

Qırmızı.az

Neft Daşlarının montyoru öldü

Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 4 saylı Tikinti quraşdırma idarəsinin montyoru ölüb.

Publika.az ARDNŞ-in saytına istinadən xəbər verir ki, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 6-cı dərəcəli elektrik montyoru Məhərrəmov Simran Qarakişi oğlu dekabrın 14-də saat 10:30 radələrində “Neft Daşları” ilə Civanov adası - 1741 saylı estakadayanı meydançanın arasındakı obyektdə ona tapşırılmış işi yerinə yetirib qayıdarkən həmin meydançanın yaxınlığında özünü pis hiss edərək məhəccərdən tutub dayanıb və müvazinətini itirərək dənizə düşüb.

Əynində xilasedici gödəkcə olduğuna görə suyun üzərində qalan S.Məhərrəmov dərhal sudan çıxarılıb və onun vəfat etdiyi məlum olub.

“Neft Daşları” tibbi sanitar hissəsinin həkimləri tərəfindən onun ürəktutmasından vəfat etdiyi bildirilib. Onun meyiti vertolyotla sahilə çıxarılaraq ölümünün səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün həkim tibbi ekspertizasına aparılıb. Tibbi ekspertizanın verdiyi ilkin rəyə görə, mərhum ürəkçatışmazlığından vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm