• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Bu ittifaq o ittifaqdan deyil” - Mövqe

“Bu ittifaq o ittifaqdan deyil” - Mövqe

“Avropa İttifaqını SSRİ ilə müqayisə etmək qüsurludur”. Bunu Publika.Az-a açıqlamasında politoloq Vəfa Quluzadə milyarder sərmayəçi Corc Sorosun Avropanın çökəcəyinə dair fikirləini şərh edərkən bildirib.

Corc Soros avro bölgəsində hökm sürən borc böhranını Sovet İttifaqının 1990-cı illərin əvvəlində çökməsinə gətirib çıxaran faktorlarla müqayisə edib: "Avropa, avro bölgəsi böhranının dağıdıcı potensialı ilə Sovet İttifaqının çökməsinə bənzəyir. Avropada davam edən ictimai, iqtisadi və mənəvi böhranın Avropa İttifaqını baltaladığını, Sovet İttifaqına bənzər dağılma müddətini ortaya çıxardığını görə bilərik".

Politoloq Vəfa Quluzadə hesab edir ki, hətta Avropa İttifaqına daxil olan ölkələr ayrılsalar belə, onlar fərdi şəkildə inkişaf edəcəklər: “Etiraf etmək lazımdır ki, Avropa İttifaqına daxil olan ölkələr dünyanın ən inkişaf etmiş dövlətləridir. Həmin ölkələrdə insan azadlıqları var, yüksək iqtisadi inkişaf var, məmur süründürməçiliyi, diktatura hökm sürmür. Avropa İttifaqına daxil olan ölkələr bütün dünyaya nümunədir.

Tarixə ekskurs etsək, görərik ki, bu ölkələr birləşməmişdən əvvəl quruma daxil dövlətlər arasında müharibələr olub. İndi bu, yoxdur. Avropanın SSRİ kimi çökdüyünü iddia eləmək yalnız xəstə təfəkkürün nəticəsi ola bilər. SSRİ imperiya idi, bütün dünyada hökmranlıq edirdi, məqsədi insanları bütün azadlıqlardan məhrum etməyə hesablanmışdı. Görünür, Corc Soros qocalıb…”

Azər Niftiyev

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR