• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Tualet çökdü, uşaq öldü

Tualet çökdü, uşaq öldü

Yaşadığı evin həyətindəki tualetə gedən 12 yaşlı uşaq tualetin qəfil çökməsi nəticəsində dünyasını dəyişib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailəsi ilə birlikdə Tuncelinin Çemişgezek Mahalı Uzungöl kəndində yaşayan orta məktəb şagirdi Berat Koçer evin həyətindəki tualetə gedib və uzun müddət geri döynməyib.

Belə ki, aradan saatlar keçsə də, Berat geri qayıtmayıb. Bundan təlaşlanan anası Keziban Koçer oğlunu axtarmağa çıxıb. Evin hər tərəfini ələk-vələk edən ana oğlunu tapa bilməyib. Bundan sonra o, kənd sakinlərinin, qonşularının yardımına baş vurub.

Bir müddət axtardıqdan sonra 12 yaşlı orta məktəb şagirdi yaşadığı evin həyətində yerləşən tualetin içindən tapılıb. Qonşuların köməkliyi ilə Berat Koçer çökmüş tualetdən çıxarılıb. Ağır yaralanan uşaq dərhal xəstəxanaya aparılsa da, o, qanaxmadan yolda həyatını itirib.

Tunceli polisi faktla bağlı araşdırmalara başlayıb.

Vazeh

Xəbər lenti

DAHA ÇOX XƏBƏR