Təhsil Nazirliyi tender keçirir
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi tender keçirir

Təhsil Nazirliyi növbəti dərs ili üçün VIII sinif dərsliklərinin hazırlanması üzrə tender keçirir. Tender proseduru üzrə təqdim edilən və qalib gələn dərsliklər məhdud sayda çap edilərək 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edilib növbəti dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaq.

Publika.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin 2014-cü il ərzində həyata keçirilən islahatlarla bağlı hesabatında qeyd edilib.

Həmçinin, növbəti tədris ili üzrə IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumi təhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017–ci dərs ilindən istifadəyə veriləcək.

Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə edilən gəlirin istifadəsi məsələlərinin tənzimlənməsi barədə müvafiq qərara əsasən, dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən Dərslikləri Qiymətləndirmə Şurasının müsabiqə əsasında yeni tərkibi formalaşdırılıb.

2014-cü ildə il ilk dəfə olaraq, Azərbaycanda maksimum adda və sayda–271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar vaxtında bütün məktəblərə çatdırılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm