Qırmızı.az
Millət vəkili dövlət qurumlarına çağırış etdi - Açıqlama
“Dövlət qurumları ictimai rəylə hesablaşmağa, mətbuatla işləməyə borcludurlar”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən partiyasının (AVP) sədri Fəzail Ağamalı məmur-jurnalist münasibətlərindən danışarkən bildirib.
Millət vəkili Fəzail Ağamalı təklif edir ki, jurnalist
təşkilatları, media qurumları bununla bağlı monitorinq aparsın və
bu sahədə fəaliyyətsiz dövlət qurumlarının adı ictimaiyyətə
açıqlansın:
“Belədə həmin dövlət qurumları da ictimai qınağı nəzərə alıb, geri
çəkilmək məcburiyyətində qalacaqlar. Hesab edirəm ki, mətbuat
orqanları ilə işləmək, təmsil olunduqları qurumun fəaliyyəti
haqqında ictimaiyyəti müntəzəm tanış etmək dövlət qurumlarının
vəzifə borcudur.
Bütün dövlət qurumlarının nəzdində mətbuat xidmətləri fəaliyyət
göstərir. Təəssüf ki, onların bəzilərinin fəaliyyəti ümumiyyətlə
hiss olunmur. Bununla yanaşı qeyd olunmalıdır ki, son illər bu
sahədə də vəziyyət müsbətə doğru xeyli dəyişib”.
AVP sədri bəzi jurnalistlərin dövlət qurumlarının fəaliyyətinə
qərəzli yanaşdığını əsas gətirərək, onları maksimum ehtiyatlı
olmasını istəyib:
“Bəzən mətbuat orqanlarında dövlət məmurları haqqında aşağılayıcı
ifadələr işlədilir. Həmin yazını qələmə alan jurnalist sonda
dəqiqləşdirmə aparmağın mümkünsüz olduğunu qeyd edir. Başa düşmək
lazımdır ki, dövlət qurumlarının fəaliyyəti müvafiq sahələr üzrə
informasiyaya olan ehtiyacı təmin etməkdir, şəxsi həyatı haqqında
açıqlamalar vermək deyil”.
Azər Niftiyev,
Publika.Az
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər