Mustafa Hacıbəyli: “Ümidimiz Avropa Məhkəməsinə qaldı”
Bizi izləyin

Qırmızı.az

Mustafa Hacıbəyli: “Ümidimiz Avropa Məhkəməsinə qaldı”

Bu gün Ali Məhkəmədə Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının kassasiya şikayətlərinə baxılıb.

Arif Hacılının qardaşı Mustafa Hacıbəyli Publika.Az-a bildirib ki, kassasiya şikayətinə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılıb: “Arif Hacılının məhkəmədə iştirakı təmin olunmayıb, onu vəkil Əsabəli Mustafayev təmsil edib. Prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kassasiya şikayətləri təmin olunmayıb, əvvəlki instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Artıq, bizim şikayətəmizin Avropa Məhkəməsində baxılması üçün ölkədə bütün lazımi prosedurlar keçilib. Ümid edirik ki, Avropa Məhkəməsi ədalətli qərar verəcək. Apelyasiya məhkəməsinin qərarını göndərmişik, Ali Məhkəmənin də qərarını əlavə edib göndərəcəyik”.

Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Arif Hacılı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Fuad Qəhrəmanlı isə 1 il şərti cəzaya məhkum olunub.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm