• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azad Rəhimov dünya şöhrətli atlet Kolin Jeksonu qəbul edib

Azad Rəhimov dünya şöhrətli atlet Kolin Jeksonu qəbul edib

Bu gün gənclər və idman naziri Azad Rəhimov Dünya şöhrətli atlet Kolin Jekson (Colin Jackson), İngiltərə Futbol Assosiasiyasının sabiq İcraçı Direktoru, tanınmış idman jurnalisti Devid Devis (David Davies) və "Beynəlxalq İdman Həyəcanı" proqramının regional rəhbəri Elayas Musanqeyi qəbul edib.

Nazir qonaqları salamladıqdan sonra onların Azərbaycan idmanına, xüsusən paralimpiyaçılara olan diqqətinin önəmindən danışdı. Bunula yanaşı Azad Rəhimov Azərbaycan idmanında qazanılan qələbələr, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi qayğı, 2012-ci ilin ölkə başçısının sərəncamı ilə "İdman ili" elan olunması, London Yay Olimpiya oyunlarına hazırlıq, Bakının 2020-ci il üçün Olimpiya və Paralimpiya oyunlarına namizəd şəhər olması barədə məlumat verdi.

Azad Rəhimov: "Sevindirici haldır ki, Azərbaycan bu il ilk dəfə olaraq olimpiya oyunlarında velosiped, avarçəkmə idman növləri ilə də təmsil olunacaq. Biz eyni zamanda otüstü hokkey, açıq suda üzgüçülük, , kamandan ox atma idman növlərindən də lisenziya gözləyirik. Atletika idman növündə də qazanılan qələbələri xüsusi olaraq vurğulamaq istərdim."

Nazir fəaliyyət göstərən olimpiya komplekslərindən soz açaraq bildirdi ki, bu il Cəlilabad və Qobustanda da Olimpiya komplekslərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bunula yanaşı nazir 2013-cü ildə Şirvan, Xaçmaz, Qax, Göy-Göldə də Olimpiya komplekslərinin tikilməsinin planlaşdırıldığını, hal-hazırda ölkədə Olimpiya Futbol stadionunun, Gimnastika Kompleksinin, boks, cüdo, mərkəzlərinin tikintisinin getdiyini diqqətə çatdırdı.

Azad Rəhimov: "Bu il ölkəmiz üçün sözün əsl mənasında önəmli ildir. Buna ən böyük misal kimi "Eurovision" mahnı müsabiqəsini, 17 yaşında qızlar arasında futbol üzrə dünya çempionatını, Bakinin 2020 Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində böyük addımlar atmasını, London Yay Olimpiya oyunlarına hazırlağı gətirə bilərəm."

Qonaqlar öz növbəsində bu gün Azərbaycanda idmanın inkişafının göz önündə olduğunu, Olimpiya oyunlarında Azərbaycan idmançılarının daha böyük qələbələrə imza atdıqlarını, idmanla məşğul olan gənc nəsiln daha çox yetişdiyini xüsusi olaraq vurğuladılar.

Qeyd edək ki, qonaqların ölkəmizə səfərinin əsas məqəsid "İnkişaf Naminə İdman" İctimai Birliyinin təşkil etdiyi Azərbaycanda Beynəlxalq İdman Həyəcanı İrsinin iki illik yubileyinə qatılmaqdır.

Rüfət Əhmədzadə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR