Hafiz Hacıyev: “Müxalifətin mitinqinlərinə pul buraxan deputatlar var“
Bizi izləyin

Qırmızı.az

Hafiz Hacıyev: “Müxalifətin mitinqinlərinə pul buraxan deputatlar var“

Bunu Publika.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O qeyd edib ki, bu gün müxalifəti canlandıran hakimiyyətdəki bəzi məmurlardır:

"Onlar bununla özlərinə divident qazanmağa çalışırlar. Problemi yaradırlar, sonra da öz yerlərini yaxşı salmaq üçün deyirlər ki, icazə verin, bu problemi aradan qaldıraq. Bu məmurlar öz korrupsioner əməlləri ilə həm xalqı, həm də hakimiyyəti təngə gətiriblər. Hakimiyyət daxilində və ümumilikdə siyasi həyatda qruplaşmalar yaradır, siyasi oyunlar oynamağa çalışırlar".

MMP sədri İctimai Palatanın son mitinqinin YAP rəsmiləri tərəfindən düzgün qiymətləndirilmədiyini də deyib:

"Biz iqtidarlı-müxalifətli bir yerdə olmalıyıq. Bu gün rüşvətxor məmurlar xalqın haqqını tapdalayırsa, bunda prezidentin günahı yoxdur. Mən dəfələrlə İctimai Palatadakı şəxslərlə görüşdə bunu demişəm. Vurğulamışam ki, prezident ölkənin simvoludur, onu qorumaq və ətrafını rüşvətxor məmurlardan təmizləmək lazımdır".

Hafiz Hacıyev hazırda parlamentdə təmsil olunan bəzi partiyaların bir işə yaramadığını deyib:

"Bir özü, bir qovluğu olan partiya sədrləri gedib Milli Məclisdə oturub, nə xalqa, nə də hakimiyyətə xeyir vermirlər. Hələ hakimiyyətdən maliyyələşib radikal müxalifətə maddi dəstək verənlər də var. Onların mövqeyi qəti deyil".

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm