Əhməd Oruc: “Amerikadan dəvət almışıq“
Bizi izləyin

Qırmızı.az

Əhməd Oruc: “Amerikadan dəvət almışıq“

Aprelin 26-da Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının nümayəndə heyəti ABŞ-a yola düşəcək. Bu haqda Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib.

O, deyib ki, hazırda Müqavimət Hərəkatında nümayəndə heyətinin tərkibi müəyyən edilir. Tərkibə Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında təmsil olunan partiya sədrləri də salınacaq.

Əhməd Oruc bildirib ki, Müqavimət Hərəkatına bu səfərlə bağlı ABŞ-dan rəsmi dəvət gəlib: "Mən bilmirəm ki, ora daha hansı partiyaların nümayəndələri gedəcək. Ancaq bizim nümayəndəmiz Dövlət Departamentində, Senatda və Konqresdə görüşlər keçirəcək. Orada Azərbaycandakı ictimai-siyasi vəziyyət, seçki qanunvericiliyi, 2013-cü il prezident seçkiləri haqqında fikir mübadiləsi aparılacaq". Cavidan

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm