İcra başçısının müavini işdən niyə qovuldu? - SƏBƏB
Bizi izləyin

Qırmızı.az

İcra başçısının müavini işdən niyə qovuldu? - SƏBƏB

Kürdəmir rayon icra başçısının müavini, Sosial-iqtisadi inkşafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Arzu Şahbazov vəzifəsindən azad edilib.

Bu barədə Axar.az-a Kürdəmir Rayon İcra Hakimiyyətindəki etibarlı mənbədən məlumat daxil olub.

Mənbə icra başçısının müavininin vəzifəsindən 20 gündən çox müddətdir ki, ayrıldığını deyib. Arzu Şahbazovun vəzifəsindən ərizəsi ilə səhhətilə əlaqədar uzaqlaşdığı bildirilib.

Rayon icra başçısının vəzifəsindən azad olunması ilə bağlı məlumat Kürdəmir Rayon İcra Hakimiyyətindən də təsdiqlənib. İdarədən adı çəkilən şəxsin artıq xeyli müddətdir ki, vəzifə başında olmadığı söylənilib.

Qeyd edək ki, bir müddət öncə Kürdəmir İcra Hakimiyyətinin vəzifəli şəxsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlamışdı. Araşdırma zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalov və Kürdəmir İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərovun əlbir olaraq Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitini mənimsədikləri aşkar olunmuşdu. Hər iki şəxs həbsdədir.

Həmin ərəfədə Kürdəmir rayon icra başçısnın birinci müavini Tacəddin Novruzov da Arzu adlı şəxsin istintaqda ifadəsinin alındığı, vəzifədən isə uzaqlaşdırıldığını bildirmişdi. Ancaq T.Novruzov Arzunun soyadını bilmədiyini və daşıdığı vəzifəni açıqlamamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm