Vergilər naziri vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Vergilər naziri vətəndaşları qəbul edəcək

Dekabrın 19-da vergilər naziri Fazil Məmmədov Xırdalan şəhərində (ünvan: Abşeron rayon Mədəniyyət Mərkəzi, H.Əliyev pr., 247) Abşeron, Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyindən Publika.az-a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar nazirliyin 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs – Məmmədova Zülfiyyə Əvəz qızı, əlaqə telefonu: (018) 642-44-10, (012) 497-62-91 mobil (050) 3787438), Sumqayıt şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Qiyasov Faiq Mirağa oğlu, əlaqə telefonu: (018) 642-29-00, mobil (055) 520-11-54), Siyəzən rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Şükürov Adil Əhliman oğlu, əlaqə telefonu: (023) 304-30-34, mobil (055) 607-30-08) və Xırdalan şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Kazımov Zakir Çingiz oğlu, əlaqə telefonu: (012) 342-17-22, mobil (050) 320-73-58) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm