Kürdəmirdə səs-küylü həbslər gözlənilir
Bizi izləyin

Qırmızı.az

Kürdəmirdə səs-küylü həbslər gözlənilir

Kürdəmirdə yol maxinasiyası ilə bağlı növbəti həbslər gözlənilir.

Axar.az-a daxil olan xəbərdə bildirilir ki, Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı aparılan istintaq davam edir.

İstintaqın gedişi zamanı korrupsiyada iştirakı olduğu şübhəli bilinən başqa şəxslərin də məsuliyyətə cəlb edilməsi istisna olunmur.

Qeyd edək ki, musavat.com yol yeyintisində adı çəkilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun dekabrın 15-də ürək tutmasından, qəflətən dünyasını dəyişdiyi xəbərini yayıb. Ondan əvvəl isə rayon icra başçısının müavini Arzu Şahbazov vəzifəsindən azad edilib.

“Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalov və Kürdəmir İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Sarif Əsgərov isə həbsdədir.

Qeyd edək ki, bir müddət öncə Kürdəmir İcra Hakimiyyətinin vəzifəli şəxsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlamışdı. Araşdırma zamanı Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimsənildiyi aşkar olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm