Elmar Qasımova “Əməkdar müəllim” medalı və vəsiqəsi təqdim olundu
Bizi izləyin

Qırmızı.az

Elmar Qasımova “Əməkdar müəllim” medalı və vəsiqəsi təqdim olundu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Əsrin müqaviləsinin 20 illiyi” münasibətilə ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə və “Neft daşlarının 65 illiyi” münasibəti ilə yatağın işlənməsində xidmətlərinə görə təltif edilmiş mükafatçılarla görüş keçirilib.

Tədbirdə çıxış edən ARDNŞ-ın Prezidenti Rövnəq Abdullayev hər zaman neftçi əməyini yüksək qiymətləndirən, Azərbaycan neftçilərinin fəaliyyətini, neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayan Prezident cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan enerji strategiyası bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar müəllim” medalı və vəsiqəsi təqdim olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2014-cu il tarixli sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova “Əməkdar müəllim” fəxri adı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm