Qırmızı.az
Bakı sürücülərinin parklanmaya görə ödənişi asanlaşdırılır
Azərbaycanın mobil operatorları SMS-in köməyi ilə avtomobillərin parklanmasına görə ödəniş xidmətinin göstərilməsi üzrə texniki imkanı nəzərdən keçirir.
Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə
deyib.
Onun sözlərinə görə, gələcəkdə reallaşdırılması planlaşdırılan
layihə hazırda müzakirə mərhələsindədir və onun işə salınması üçün
vaxt lazımdır.
Mənbə qeyd edib ki, əsas şərt mikroödənişlər məsələsinin necə həll ediləcəyi və parklamaya görə ödəniş üçün hansı alətlərdən istifadə olunacağıdır: "SMS-in köməyi ilə parklama ödənişinin iki variantı var. Birincisi, bilavasitə abonent balansından parklamaya görə ödənişi, ikincisi isə mobil ödənişlər servisinin, yəni bank hesabının köməyi ilə ödənişləri nəzərdə tutur".
İkinci metod operatora son istifadəçi ilə birbaşa işləməyə imkan vermir, çünki o, maliyyə strukturu deyil. Operator təcrübədə bank strukturu ilə müqavilə bağlayır və daxil olmuş vəsaiti onun hesabına köçürür. Bank isə öz növbəsində, vəsaiti parklama ilə bağlı qarşılıqlı ödənişlərə cavabdeh olan strukturun hesabına köçürür.
Mənbə əlavə edib ki, ikinci variant daha məqbuldur və hazırda kommunal və digər xidmət növləri üzrə ödənişlər bu cür həyata keçirilir: "Operatorlar abonentlər və pullu parklama servisinin işinə cavabdeh olan sistemlər arasında informasiya mübadiləsinin təşkili üçün istifadə edilə bilən qısa nömrə təqdim etməyə hazırdırlar".
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB