Qaçaq yolla dərman və qabyuyan maşın keçirmək istədilər, tutuldular
Bizi izləyin

Qırmızı.az

Qaçaq yolla dərman və qabyuyan maşın keçirmək istədilər, tutuldular

Azərbaycana qaçaqmal yolu ilə dərman və qabyuyan maşın keçirmək istədilər, amma gömrükdə saxlanıldılr.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Qurbanəliyev Fariz Almaz oğlunun idarə etdiyi “Mercedes-Benz 300D” markalı AA488RR dövlət nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.


Yoxlama zamanı vətəndaşa məxsus avtomobilin salonundakı gizli saxlanc yerlərindən ümumilikdə 10010 kapsula dərman preparatları gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.


Bundan başqa Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyədən Azərbaycana gələn Türkiyə vətəndaşı Şeref Gürsoy Kazım oğlunun idarə etdiyi “MAN” markalı, 61K11243/61K10766 nömrə nişanlı yük avtomilindən invoys sənədində göstərilməyən və gömrük orqanına bəyan olunmayan 140 ədəd “BEKO”, 28 ədəd “Blomberg” markalı, ümumilikdə 168 ədəd qabyuyan maşınlar aşkar olunub.


Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm