Bakıda yarım ton narkotik məhv edildi
Bizi izləyin

Qırmızı.az

Bakıda yarım ton narkotik məhv edildi

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 505 kiloqramdan çox narkotik vasitə məhv edilib.

Publika.az xəbər verir ki, dekabrın 16-da Binəqədi rayonundakı Bünyad Sərdarov adına Bakı maşınqayırma zavodunda məhkəmələrin qərarları ilə müsadirə olunmuş 505 kiloqramdan artıq narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları məhv edilib.

Narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm