Kəmaləddin Heydərov yeni inzibati binaların açılışını etdi
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov yeni inzibati binaların açılışını etdi

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.

Nazir rəmzi açılışı bildirən lenti kəsib.

İdarədə mərtəbələrinin sayı 3-dən çox, hündürlüyü 12 metrdən çox olan yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi üçün ekspertiza rəylərinin verilməsi vahid pəncərə əsasında həyata keçiriləcək.

Yerli icra qurumları yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı hüquqi və fiziki şəxslərin müraciətlərini müvafiq sənədlərlə birgə ekspertiza üçün təqdim edəcək.

FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, FHN Dövlət Yanğın Xidməti, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi, FHN “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu Mühəndis Geoloji Mərkəzi, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi “Tikinti və Şəhərsalma Məcəlləsi”nə əsasən layihə sənədlərinə rəy verəcək.

Daha sonra K. Heydərov FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin İnformasiya Mərkəzi və Dövlət Agentliyinin Mühəndis Təminatı, Texnoloji Hallər və Avadanlıqlar şöbəsinin işi ilə tanış olub.

Həmin gün Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının açılışı olmuşdur.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa olunmuş Tibb Xidmətinin Tibb Mərkəzinin yeni inzibati binasının rəmzi açılışını bildirən qırmızı lenti kəsmişdir. Tibb Mərkəzinin yeni inzibati binası zirzəmi və üç mərtəbədən ibarət olmaqla ən müasir standartlara uyğun inşa olunmuş, bina ən son tibbi avadanlıqlarla təchiz edilmişdir. Zirzəmidə şüa-diaqnostika bölməsi, laboratoriya bölməsi, EKQ, EXOEKQ kabineti, cərrah otağı, aptek, sterilizasiya, anbarlar və digər köməkçi otaqlar yerləşir. Şüa-diaqnostika bölməsində rentgenskopiya, rentgenqrafiya, flüoroqrafiya, dental ortopantomoqrafiya, dental 3D kompüter tomoqrafiyası və ultrasəs müayinələri aparılır. Laboratoriya bölməsində qanın ümumi və biokimyəvi analizi, qanda test və immunoferment üsulu ilə infeksiyaların təyini, infeksiyaların polimeraz zəncir reaksiyası üsulu ilə təyini və digər analizlər aparılır.

Birinci mərtəbədə Mərkəzin inzibati hissəsi və Poliklinika şöbəsi yerləşir. İkinci mərtəbədə nazirliyin Xüsusi Həkim Ekspertiza Komissiyası, plazmaferez, stomatologiya, fibroqastroduodenoskopiya və kolonoskopiya kabineti və Mərkəzin Stasionar şöbəsinin terapiya bölməsi yerləşir. Üçüncü mərtəbədə Mərkəzin Stasionar şöbəsinin cərrahiyyə bölməsi, 5 çarpayıdan ibarət reanimasiya və intensiv terapiya bölməsi, üç əməliyyat otağından ibarət əməliyyat bloku və mətbəx yerləşir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm