Rövşən Lənkəranskinin adamını “lezvaladılar” - yeni kriminal müharibə
Bizi izləyin

Qırmızı.az

Rövşən Lənkəranskinin adamını “lezvaladılar” - yeni kriminal müharibə

Sankt-Peterburqda qanuni oğrulardan birinin evinə basqın olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı “qanuni oğru” Laşa Barateli dünən gecə vaxtı Lenin prospektindəki evinə qayıdarkən mənzilinin qarşısında onu 7 nəfərin gözlədiyini görüb. Daha bir neçə nəfər giriş qapısını bağlayıb.

“Çia” (Soxulcan) ləqəbilə tanınan Barateli əvvəlcə möhkəm döyülüb. Sonra ülgüclə üz-gözü doğranıb.

Baratelini öz adamlarından kiminsə satdığı istisna deyil. Çünki o, bu vaxtadək ehtiyatlı tərpənirdi. Hər bir yerə cangüdənləri ilə gedirdi. Görünür, kimsə onun məhz dünən gecə mühafizəçilərsiz olduğunu düşmənlərinə xəbər verib.

Məsələ ondadır ki, onu Rusiya kriminalitetinin keçmiş “xaç ata”sı Aslan Usoyanın adamları axtarırdı. Barateli də Rövşən Lənkəranski və Ülfət Tağıyev kimi “Ded Xasan”a sui-qəsd törətməkdə suçlanır. Həm də Laşa Barateli elə məhz Rövşən Lənkəranski tərəfindən ilyarım bundan əvvəl “taclandırılmışdı”.

Bu hadisədən sonra qanuni oğrular arasında müharibənin alovlanacağı ehtimal edilir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm