Qırmızı.az
Nümayəndə heyətləri beynəlxalq tədbirlərdə Azərbaycan dilində danışmalıdır - TƏKLİF
Azərbaycan nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda öz çıxışlarını Azərbaycan dilində etməsi təklif olunur.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Quliyev deyib.
O qeyd edib ki, Azərbaycan parlamentinin nümayəndə heyətləri
beynəlxalq təşkilatlarda çox fəal çalışırlar: “Mən istərdim ki,
orada bizim çıxışlarımız Azərbaycan dilində səslənsin. Düzdür, bir
sıra deputatlarımız ingilis dilində bilir, amma bir sıra ölkələrin
nümayəndələri beynəlxalq təşkilatlarda öz dillərində danışdığı
halda biz nədən öz dilimizdə danışmamalıyıq? Biz özümüzlə tərcüməçi
apara bilərik. Hesab edirəm ki, bu elə də böyük xərc tələb etmir,
amma bunu etməyimiz Azərbaycana böyük hörmət gətirər”.
Milli Məclisin sədri Oqtay Əsədov təklifə etiraz etmədiyini
deyib.
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı