• USD 1,7008 +0,01% EUR 2,0342 +0,65%
    • GBP 2,3097 +0,68% RUB 0,0294 +0,68%

“TQDK-nın rayon şöbələri yaradılsın” - Təklif

“TQDK-nın rayon şöbələri yaradılsın” - Təklif

Təhsil eksperti Səftər Nəhmətli Təhsil Nazirliyindən bəzi səlahiyyətlərin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) verilməsini müsbət addım sayır. Publika.Az-a açıqlamasında ekspert orta məktəbi bitirən məzunlara attestat verilməsinin TQDK-ya həvalə olunmasını vacib qərar adlandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əsasnamələrinə dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, orta məktəbi bitirən məzunlara attestat verilməsi Təhsil Nazirliyinin səlahiyyətindən alınaraq, TQDK-ya həvalə edilib. Prezident bir neçə ay öncə uşaq bağçalarının da Təhsil Nazirliyindən alınaraq, müvafiq icra hakimiyyəti orqanlarına verilməsi barədə sərəncam imzalamışdı.

Bununla belə, Səftər Nəhmətli hesab edir ki, attestatların verilməsinin TQDK-ya həvalə edilməsi məsələsinin icra mexanizmində müəyyən çətinliklər ortaya çıxaracaq: “Əlbəttə, ali və orta ixtisas məktəblərinə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirirsə, orta məktəbi bitirən məzunlara da attestatların həmin qurum tərəfindən verilməsi hüquqi cəhətdən düzgün qərardır.

Amma nəzərə alanda ki, TQDK-nın yerlərdə müvafiq şöbələri fəaliyyət göstərmir, attestatların verilməsini yenidən Təhsil Nazirliyinə tabe olan müəllimlər həyata keçirəcək. Bu qərardan sonra TQDK-nın hər rayon üzrə müvafiq şöbələrinin yaradılması yaxşı olardı”.

Bağçaların bir neçə ay öncə Təhsil Nazirliyindən alınıb icra orqanlarına verilməsinə toxunan ekspert deyib ki, bu məsələyə Təhsil Nazirliyinin məsul olması daha doğru olardı: “Ölkədə fəaliyyət göstərən uşaq bağçalarının 70 faizi Bakı, Gəncə və Sumqayıtda yerləşir. Rayonlarda fəaliyyət göstərən bağçaların əksəriyyəti baxımsız gündədir. Yerli idarəetmə orqanlarının bağçalara yüksək nəzarət mexanizmi təşkil edəcəyini düşünmək sadəlövhlük olardı”.

Azər Niftiyev,

Publika.Az

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>