Mehriban Vəzir: "Pənah Hüseyn danılmaz faktları açıqlamalıdır"
Bizi izləyin

Qırmızı.az

Mehriban Vəzir: "Pənah Hüseyn danılmaz faktları açıqlamalıdır"

Dünən Publika.az saytında yayımlanan Zərdüşt Əlizadənin mübahisələrə səbəb olan müsahibəsi ilə bağlı milli hərəkat dövrünün fəallarının münasibətini öyrəndik. Zərdüşt Əlizadə müsahibəsində müxalifətin ortaya ciddi mövqe qoymaq üçün potensialının olmaması ilə yanaşı, qeyd etmişdi ki, Əbülfəz Elçibəy Xalq Cəbhəsinə saxtakarlıqla sədr seçilmişdi.

Mövzu ilə bağlı Mehriban Vəzirlə əlaqə saxladıq.

O bildirdi ki, həmin dövrdə olan hadisələr yaxın tarixdir. Baş verən hadisələri dəyərləndirmək üçün müəyyən səlahiyyətləri olan şahidlər kifayət edir:

"Əbülfəz Elçibəyin hansı yolla seçilməsi, səs sayları danılmaz faktdır. Bunu dəqiqliklə Seçki Komissiyasının sədri olmuş Pənah Hüseyn təsdiqləyə bilər. Yaxşısı budur ki, o, danılmaz faktları açıqlasın".

Günay

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm