• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

ALBALI PLUS-dan Yeni il hədiyyəsi

ALBALI PLUS-dan Yeni il hədiyyəsi

ALBALI PLUS-la (ALBALI) məhdudiyyətsiz Yeni il aksiyasına başlandı. Bu aksiya sizə bütün əzizlərinizə Yeni il hədiyyəsi almağa imkan verəcək. Çünki ALBALI ilə ödənişlər daha sərfəli oldu.

Dekabrın 15-dən Yanvarın 5-dək hər 1 taksitli alış-verişə Unibank-dan əlavə 1 taksit, 3 və daha yuxarı taksitlilər üçün isə əlavə 3 ay daha uzun müddətə ödəmək imkanı hədiyyə ediləcək. Qeyri- partnyor mağazalarda aparılan əməliyyatlara da əlavə 3 taksit hədiyyə olunacaq. Qeyd edək ki, Unibank-ın sms-taksit xidmətinə əsasən, bankın partnyoru olmayan ticarət və xidmət obyektlərində aparılan əməliyyatları da taksitlə ödəmək mümkündür. Bu xidmət Unibank kartı ilə başqa bankların pos-terminallarında, internetdə aparılan əməliyyatların 3 və 6 taksitlə ödənişinə imkan verir. Belə ki, ALBALI PLUS kartı ilə başqa bankın pos-terminalında və internet saytlarda əməliyyat etdikdə, müştəriyə qalıq balans haqqında gələn mesajın sonunda ödənişin taksitlərə bölünməsini istəyib-istəmədiyi soruşulacaq. Müştəri 3 və ya 6 taksiti seçmək istədiyi haqda məlumatı və müvafiq kodu qeyd olunan müddətdə 8893-ə göndərərək, taksit xidmətindən faydalana biləcək.

Üstəlik, yanvarın 5-dək öz ALBALI və ya ALBALI PLUS kartı ilə azı 20 manatlıq əməliyyat edən hər kəs Yeni ildə Dubayda 5 ulduzlu oteldə 1 həftə müddətinə 2 nəfərlik səyahət paketi qazanmaq şansına sahib ola bilər. Hədiyyələr bununla bitmir. Lotereyanın davam etdiyi müddətdə çox-çox sərfəli kartları ilə azı 20 AZN-lik əməliyyat edən ALBALI və ya ALBALI PLUS sahiblərini 5 ədəd “İphone 6” mobil telefonu, 30 qalibi isə pul mükafatı hədiyyələri gözləyir. ALBALI və ALBALI PLUS kartları ilə Azərbaycanda və xaricdə nağd və ya nağdsız, o cümlədən onlayn əməliyyat edən hər kəs lotereyanın iştirakçısı olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibank-ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

ALBALI PLUS - arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR