• USD 1,7023 0,00% EUR 1,9047 +0,69%
    • GBP 2,2128 +0,33% RUB 0,0300 +1,33%

Moskvada atışmada yaralanan azərbaycanlı xəstəxanadan qaçdı – VİDEO

Moskvada atışmada yaralanan azərbaycanlı xəstəxanadan qaçdı – VİDEO

Rusiyanın paytaxtı Moskvanın Vilnüs küçəsindəki “Şərq nağılı” kafesində atışma nəticəsində yaralananlardan biri – 28 yaşlı Zaur Babayev həkimlərin icazəsi olmadan xəstəxananı tərk edib.

Publika.az-ın ”ifenews.ru” saytına istinadən verdiyi məlumata görə, onun tibb məntəqəsindən qaçışı kameralara düşüb.

Z.Babayev çiynindən güllə yarası alıb. Digər yaralanan Elmar Abdulayev isə hazırda Sklifosovski adına İnstitutun xəstəxanasında reanimasiyadadır. Hüquq-mühafizə orqanlarında mənbə bildirib ki, azərbaycanlı onu dindirmək üçün xəstəxanaya gələn müstəntiq və tədqiqatçılardan qaçıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, atışmaya iki qrup arasındakı gərgin münasibətlər səbəb olub. Son informasiyaya görə, polis qətldə şübhəli hesab olunan qara geyimli üç nəfəri axtarır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bütün cinayətkarlar silahlıdır.

Hadisə yerindən 6 giliz tapılıb. Atəşin PM döyüş tapançasından açıldığı təxmin edilir.

Aydın Paşalıyev isə atışmada öldürülüb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR